Corcia Meloni: Çinin Rusiyaya iqtisadi dəstəyi böyük fikir ayrılıqları məsələsidir...

Pekinin Rusiya sənaye kompleksinə verdiyi dəstək böyük fikir ayrılıqlarının nəticəsidir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Corcia Meloni bildirib.

Pekinə səfəri zamanı Maloni bildirib ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün həll yolunun tapılmasında mühüm maraqlı tərəfdir.

"Mən inanıram ki, Çin həmişə müraciət etdiyi suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq ədalətli sülhün elementlərinin müəyyənləşdirilməsində əsas oyunçuya çevrilə bilər", deyə Maloni Ukraynadakı müharibəni şərh edərkən deyib.

Baş nazir Çin lideri Si Szinpinlə görüşünü "açıq və hörmətli" adlandırıb, iki ölkənin baş nazirlərinin əlaqə saxlamaq üçün illik görüşlər keçirəcəklərini bildirib

Qeyd edək ki, İtaliyanın baş naziri Coria Maloni Pekinə səfəri zamanı Çin Xalq Respublikasının lideri Si Szinpinlə Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və digər aktual məsələləri müzakirə edib. Keçən ilin dekabrında İtaliya rəsmi olaraq Çini "Bir kəmər, Bir yol" təşəbbüsündən çıxdığını bildirib.

Poliqon.info