Türkiyə və Ermənistanın növbəti sərhəd görüşü... - Paşinyan arzusuna çata bilər?

Ruben Rubinyan və Sərdar Kılıç bu gün sərhəddə görüş keçirəcəklər...

Siyasi-şərhçi: “Ermənistan-Türkiyə sərhədinin açılması yalnız Ermənistanın Azərbaycan ilə sülh salh sazişindən sonra mümkündür. Bu sncaq Ermənistanın Zəngəzur dəhlizinin açması, 3 eksklav ərazilərinin geri qaytarılması və digər öhdəliklərin yerinə yetirilməsindən sonra mümkün ola bilər”.

“Düşünürəm ki, bu görüşün nəticəsində önəmli sonucun əldə ediləcəyi real görünmür”.

Bu sözləri siyasi-şərhçi Kənan Məmmədli Türkiyə və Ermənistanın növbəti görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç bu gün sərhəddə görüş keçirəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Danışıqlar səhər erməni, günorta Türkiyə tərəfdə olacaq.

Qeyd edək ki, Paşinyan hökümətinin ən böyek istəklərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından kənar şəkildə Türkiyə münasibətlər qurmaq və dərhədlərin gediş-gəlişə açılmasıdır.

Bəs bu görüşün nəticəsi olaraq Türkiyə-Ermənistan sərhədinin açılmasına ehtimal vermək olar?

Türkiyə-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənistan birdəfəlik anlamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması İrəvanla Bakı arasındakı münasibətlərdən asılıdır”.

Ermənistanın yerinə yetirmək olduğu hələ çox addımların olduğunu nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu addımlar atılmadıqca heç bir normallaşmadan söz belə gedə bilməz:

“Bu Rubinyan ilə Sərdar Kılıçın ilk görüşü deyil. Bundan öncə də sərhədlər məsələsi ilə bağlı hər iki tərəf görüşlər keçirərək məsələni gündəmə gətirmişdilər. Lakin bu yöndən hər hansısa bir ciddi nəticənin əldə olunması üçün Ermənistan tərəfənin öhdəliklərini yerinə yetirməsi gərəkir.

Türkiyə prezidenti R.T.Ərdoğanın da vurğuladığı kimi, Ermənistan-Türkiyə sərhədinin açılması yalnız Ermənistanın Azərbaycan ilə sülh sazişindən sonra mümkündür. Ermənistanın Zəngəzur dəhlizinin açması, 3 eksklav ərazilərinin geri qaytarılması və digər öhdəliklərin yerinə yetirilməsindən sonra mümkün ola bilər. Ermənistan birdəfəlik anlamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması İrəvanla Bakı arasındakı münasibətlərin durumundan asılıdır.

Rəsmi Türkiyə dövləti də bunu çox açıq şəkildə Ermənistanın hakimiyyət dairələrinin nəzərinə çatdırıb. Bu baxımdan, düşünürəm ki, bu görüşün nəticəsində önəmli sonucun əldə ediləcəyi real görsənmir. Bunun üçün Ermənistanın yerinə yetirmək olduğu hələ çox addımlar var ki, onlar baş vermədikçə heç bir normallaşmadan söz belə gedə bilməz”.

Nərminə UMUDLUPoliqon.info