85 yaşlı qadının asılmış meyitini tapdılar - Qazaxda

Qazaxda intihar hadisəsi olub...

Lent.az-ın məlumatına görə, hadisə Birinci Şıxlı kəndində baş verib. Kənd sakini 85 yaşlı Quba Məhəmməd qızı Süleymanova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Məlumata görə, mərhum qocalığı ilə səhhətindəki problemlərə görə özünü öldürüb. Onun asılmış meyitini yaxınları aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info