ADY: Vətəndaş elektrovoza toxunaraq bədən xəsarəti alıb

Bu gün saat 01:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri- Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.

ADY-dən verilən məlumata görə. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır.

“ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır”, - məlumatda qeyd olunur.(apa)

Poliqon.info