Baş nazir Gürcüstanda terror aktları riski barədə xəbərdarlıq edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı 2024-cü ildə respublikanın alyansa daxil olması ilə bağlı danışıqlara başlaya bilər...

Poliqon xəbər verir ki, Kobaxidze bu barədə "İmedi" telekanalına müsahibəsində danışıb.

Eyni zamanda, Gürcüstan Nazirlər Kabinetinin rəhbəri bildirib ki, Ukraynada münaqişə davam edərkən bunun ehtimalı yüksək deyil.

"Ancaq bu şərtlər altında belə, bunun bu il baş verməsi mümkündür", deyə baş nazir bildirib.

İrakli Kobaxidze qeyd edib ki, Ukraynada silahlı münaqişə davam edərkən, Gürcüstanda terror aktları riski qalmaqdadır:

"Nə qədər ki, vəziyyət belə qalacaq, bu risklər ölkəmizdə davam edəcək. Buna əsaslanaraq, biz dəfələrlə təkrar etmişik və təkrar edə bilərik ki, gələn il müharibənin başa çatmasına çox böyük ümidlər bəsləyirik".

İyulun 24-də Kobaxidze bildirib ki, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının təsisçisi Bidzina İvanişviliyə qarşı sui-qəsdin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədi Donald Trampı və Slovakiyanın baş naziri Robert Fikonu yox etməyə çalışan qüvvələr hazırlayıb.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, İvanişviliyə qarşı sui-qəsdi Gürcüstan hökumətinin keçmiş nümayəndələri və hazırda Ukraynada olan hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları hazırlayıb.

Poliqon.info