Latın Amerikasının doqquz ölkəsi Venesueladakı seçkilərə yenidən baxmağa çağırır

Venesuelada keçirilən prezident seçkilərinin nəticələri Latın Amerikasının doqquz ölkəsində narahatlıq yaradıb...

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qvatemala hökumətinin yaydığı birgə bəyanatda qeyd edilib.

“Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador hökumətləri Venesuela Bolivar Respublikasında keçirilən prezident seçkilərinin gedişindən dərin narahatlığını bildirir və müstəqil seçki müşahidəçilərinin iştirakı ilə onların nəticələrinin tam nəzərdən keçirilməsini tələb edirlər”, - məlumatda bildirilib.

Bəyanatda vurğulanıb ki, səsvermənin nəticələrinin şübhə doğurmaması üçün səslərin şəffaf hesablanmasını təmin etmək lazımdır. Bu səbəbdən bu ştatların hakimiyyət orqanları Amerika Dövlətləri Təşkilatı Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Nikolas Maduro 51,2% səslə seçkilərdə qalib gəlib.

Qeyd edək ki, bu gün Venesuelada etirazlar başlayıb, polislə iğtişaşçılar arasında toqquşma baş verib. Hadisə nəticəsində azı 15 nəfər saxlanılıb.

Popiqon info