Paşinyan hökumətində parçalanma: Səhiyyə naziri işdən çıxarıla bilər...

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan vəzifəsini itirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti yazıb.

Nəşrin iddiasına görə, son vaxtlar parlamentin səhiyyə məsələləri üzrə komissiyasının rəhbəri Narek Zeynalyan Anahit Avanesyana qarşı xüsusi fəallıq nümayiş etdirir.

"O, parlamentin spikeri Alen Simonyan vasitəsilə Nikol Paşinyana nazirdən artan narazılıq barədə məlumat çatdırıb", deyə məlumatda bildirilir.

Qəzet onu da qeyd edir ki, əgər əvvəllər Paşinyan Avanesyanın vəzifədən uzaqlaşdırılmasının qəti əleyhinə idisə, indi arqumentlər o qədər ağırlaşıb ki, baş nazir də onun istefası haqda düşünür.

İravunk qəzeti həmçinin bunu Ermənistan hökumətində parçalanma kimi şərh edib.

Poliqon.info