Maduro Venesuelada rəngli inqilab təhlükəsi barədə xəbərdarlıq edib

Nikolas Maduro: Venesuelada seçki sonrası etirazlar rəngli inqilab təhlükəsi yaradır...

Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərindən sonra ölkədə başlayan etirazları Cənubi Amerikada ABŞ tərəfdarlarının təbliğ etdiyi rəngli inqilabların görüntüsü adlandırıb.

Polqion xəbər verir ki, Venesuela prezidenti bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Qrinqolar tərəfindən yayılan rəngli inqilabların tipik görüntüsü ilə üz-üzəyik”, deyə Maduro etirazlarla bağlı yazıb.

Maduro qeyd edib ki, Venesuelada seçkilərin nəticələrindən sonra etiraz edənlərin təxminən 80%-nin əvvəllər qanunla bağlı problemləri olub.

Xatırladaq ki, iyulun 30-da Venesuela müxalifətinin lideri Mariya Korina Maçado bildirib ki, ölkənin hazırkı prezident Nikolas Maduronun qələbəsi ilə razılaşmayan siyasi qüvvələrin seçki saxtakarlığına dair sübutları var.

Venesuelanın paytaxtı yaxınlığında etiraz aksiyaları zamanı etirazçılar Uqo Çavesin heykəlini yandırıblar.

Poliqon.info