Pentaqon Floridada hipersəs silahlarının sınaqlarının keçirildiyini elan edib

ABŞ Ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri bu yaxınlarda hipersəs silahlarını sınaqdan keçirib...

Poliqon xəbər verir ki, bu barədə “The Warzone” portalı məlumat yayıb. Xəbərdə sınaqların uğurlu olub-olmaması və hansı silahlardan istifadə etdikləri barədə məlumat verilmir.

Pentaqonun nümayəndəsinin sözlərinə görə, sınaqlar Floridadakı Cape Canaveral bazasında keçirilib. Pentaqon təmsilçisi sınaqların keçirildiyi tarixi açıqlamasa da, ehtimal ki, sınaqlar iyulun 25-də baş tutub.

“Bu sınaq operativ hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu. Aparat və proqram təminatının performansı ilə bağlı mühüm məlumatlar toplanıb ki, bu da hipersəs silahlarının yerləşdirilməsində gələcək irəliləyişi asanlaşdıracaq”, deyə Pentaqondan bildiriblər.

Xatırladaq ki, fevral ayında ABŞ hipersəs silahlarını izləyən peykləri orbitə çıxarıb. Həmçinin mart ayında ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda AGM-183A ARRW hipersəs qanadlı raketinin uğurlu sınağı haqqında məlumat verib.

Poliqon.info