Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlanıb

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib...

Poliqon AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.

Poliqon.info