Kamala Harris hind icmasının ümidi və təmsil simvoluna çevrilib

Vitse-prezident hindlilərin ABŞ-a axını üçün öz vəzifəsindən sui-istifadə edib...

Demorkratların hakimiyyəti dövründə hindlilərin ABŞ-a axını çox böyük sürətlə artır.

Poliqon xəbər verir ki, bu barədə Hindistanın The Tribune İndia nəşri məlumat yayıb.

Nəşr yazır ki, son bir neçə ildə bir çox şirkətlərdə, əsasən də informasiya texnologiyaları və qrafik dizyanerlik sahəsində hindlilərin sayı nəzərəçarpacaq şəkildə artıb. Hətta artıq bəzi ştatlarda bir çox şirkətlərdə, holdinqlərdə hind dilində bilmək işə qəbul üçün əsas şərtlər sıyahısına salınıb. İşə qəbul üçün müraciət edənlərə bu tələb açıq şəkildə bildirilir, “hind dilində bilirsinizmi?” sualına “yox” cavabnı verər-verməz, telefon çox kobud şəkildə qapadılır.

Çox aşağı maaşa işləməyi qəbul etmələri və çalışqanlıqları hindliləri yerli sahibkarlar üçün cəlbedici edir. Amma hindlilərin sayının belə sürətlə artmasında vitse-prezident Kamala Harrisin xüsusi rolunun olduğu da sirr deyil.

“Vitse-prezident Kamala Harris ABŞ-da 4,4 milyondan çox hindistanlı amerikalı üçün ümid və təmsil simvoludur”, deyə bir demokrat fandreizer (seçki kampaniyasında maliyyə toplanmasına cavabdeh olan şəxs) bildirib.“Əslən hindistanlı olan Kamala Harris Hindistan-Amerika icmasının əlavə həyəcan və dəstəyini gətirir. Anası Hindistanın Çennay şəhərindən olan biri kimi Kamala Harris sadəcə namizəd deyil, 4,4 milyon hindistanlı amerikalı üçün ümid və təmsilçiliyin simvoludur”, deyə “Harris üçün” Milli Maliyyə Komitəsinin sədr müavini Ajay Bhutoria qeyd edib.

Göründüyü kimi, Harrisin dəstəklənməsi üçün maliyyə təminatına cavabdeh şəxs də hind əsillidir. Hindistan əsilli amerikalı sahibkar Ajay Bhutoria 2024-cü il seçki kampaniyasında əvvəlcə, Baydenin, indi isə Kamala Harrisi dəstəkləyən ən yaxşı donorlardan biridir. Onun Baydenin seçki kampaniyasına cəlb edilməsi də Kamala Harrisin millətpərəstliyi nəticəsində baş tutub.

“Tarixən fəal və nüfuzlu olan bu icma əsas mübahisəli dövlətlərdə yol göstərməyə hazırdır”, deyə Hind diasporunun fəalalarından olan Bhutoria təmsil etdiyi icmanın ABŞ siyasətinə təsiri ilə bağlı deyib.

Poliqon.info