Xaçmazda 56 yaşlı qadın özünü tövlədə asaraq intihar edib

Xaçmazda 56 yaşlı qadın özünü yaşadığı evin tövləsində asaraq intihar edib...

APA xəbər verir ki, hadisə Xaspoladova kəndində baş verib.

1968-ci il təvəllüdlü Zabirə Azadxan qızı Şükürova özünü yaşadığı evin tövləsində kəndirlə asaraq intihar edib.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Poliqon.info