Rusiya “inkivizatoru”nun miqrantlara qarşı hücumu davam edir

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlara qarşı səlib yürüşü davam edir...

Poliqon “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Bastrikin Rostov departamentinin rəhbəri Aslan Huadeyə Novoçerkasskda ər-arvadın döyülməsi ilə bağlı cinayət işinin istintaqının gedişi barədə məlumat verməyi tapşırıb. Nəşr qeyd edir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İnformasiya Mərkəzi Telegram kanalında məlumat yayıb.

Məlumata görə, daha əvvəl sosial şəbəkələrdə Özbəkistan və Azərbaycan vətəndaşları tərəfindən ər-arvadın döyülməsi barədə xəbərlər yayılıb. Münaqişənin Rostov vilayətinin Novoçerkassk şəhərində baş verdiyi bildirilir.

Bu fakta əsasən, Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə müstəntiqləri cinayət içi açıblar.

Qeyd edək ki, Aleksandr Bastrıkininrəhbərlik etdiyi İstintaq Komitəsi qeyri-ruslar tərəfindən törədilən qanun pozuntularının üzərində xüsusi dayanır.

Poliqon.info