Tramp: Harrislə hər cür debata hazıram...

ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə debata tam hazır olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, prezidentliyə namizəd bu barədə Fox News telekanalına müsahibəsində bildirib.

Harrislə seçki kampaniyası müzakirələri üçün görüşmək imkanını şərh edən Tramp deyib ki, onun heç bir müzakirəyə etirazı yoxdur.

Keçmiş prezident debat keçirməyə söz verməyə hazır olduğunu qeyd edib və Harrisin onun üçün hazırkı prezident Co Baydendən daha asan rəqib olduğunu vurğulayıb.

Tramp həmçinin OPEC ölkələrinin Harrisin qalib gəlməsi ümidi ilə neft qiymətlərini aşağı salmağa çalışdıqlarını da iddia edib.

Poliqon.info