Qərb Cənubi Qafqazda yeni müharibə istəyir?..

Bu dəfə Rusiya deyil, Qərb reginda böyük miqyaslı müharibənin tərəfdarı kimi görünür...

Politoloq: “Ermənistanı əsas silahlandıran Qərbin timsalında Fransadır. Amma paraleldə Rusiyanən özü də sakit durmur”.

“Sülhdə irəliləyiş olduqca, buna qarşı olan qüvvələrdə artım müşahidə olunur”.

Bu sözləri politoloq Turan Rzayev Qərbin Cənubi Qafqazda müharibə istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın təxribatları və bu ölkəni silahlandıranlarla bağlı son sərt bəyanatı, eyni zamanda Paşinyanın Londoda Əliyevlə görüşdən imtina etməsi regionda yeni müharibə təhlükəsini nə qədər artırır? Məsələnin bir tərəfi də odur ki, bu dəfə Rusiya deyil, Qərb reginda böyük miqyaslı müharibənin tərəfdarı kimi görünür. Çünki artıq İrəvan Rusiyadan gələn direktivlərlə deyil, Qərbdən gələn tapşırıqlarla hərəkət edir. Təsadüfi deyil ki. ABŞ və Fransa rəsmiləri İrəvanı su yoluna çeviriblər.

Bəs, Cənubi Qafqazda yeni böyük müharibə Qərbin hansı maraqlarına uyğundirmu?

Azərbaycan və Ermənistan müharibəsində maraqlı olan qüvvələri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ermənistanın müharibəyə bu qədər tez gedəcəyini düşünmürəm”.

Rusiya-Ukrayna müharibəsi davam etsə də, Rusiyanın bir gözünün hər zaman Cənubi Qafqazda olduğunu qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan kimi barışmaz düşmənlərin sülhdə bu qədər irəliləməsi ən azı Fransa qədər regionda marağı olan Rusiyanı da məmnun etmir:

“Təbii ki, indiki məqamda Azərbaycan və Ermənistan arasında uğurlu sülh prosesinin şahidi oluruq. Xüsusilə, delmitasiya və demarkasiya komissiyalarının görüşü, iki ölkə arasında rəsmi və qeyri-rəsmi təmasların olması, habelə bundan öncə keçirilən görüşlər onu deməyə əsas verir ki, vasitəçisiz olan görüşlər effektivdir. Amma təbii ki, sülhdə irəliləyiş olduqca, buna qarşı olan qüvvələrdə artım müşahidə olunur.

Ermənistanı aktiv şəkildə silahlandıran Hindistan, İran və Fransa kimi ölkələr var. Xüsusilə də, Fransa bu silahlanmanı davam etdirməkdə maraqlıdır və buraya başqa ölkələri də cəlb edir. Bunula da Ermənistanı yeni müharibəyə, ekstradisiyaya hazırlayırlar. Bu gün Ermənistanın bu silahları almaq gücü yoxdur. Eyni zamanda, Ermənistanda həmin silahlardan istifadə edəcək kadr çatışmamazlığı var. Xüsusilə, 44 günlük müharibədən sonra bu çatışmamazlıq özünü açıq şəkildə büruzə verdi.

Mən Ermənistanın müharibəyə bu qədər tez gedəcəyini düşünmürəm. Çünki dediyim kimi, Ermənistanda hərbi kadr çatışmamazlığı var. Həmçinin Ermənistanın silahlanması və ordunun yenidən qurulması üçün ən azından 10 il vaxt lazımdır. Buna görə də, Yerevan sülhün pozulmasını istəmir.

Turan Rzayev: “Şərti dövlət sərhəddində təxribatlar baş verərsə, müharibənin olması qaçınılmaz olacaq”.

Doğrudur, Ermənistan sülh prosesini uzatmağa çalışır və bu da özü üçün daha uyğun geosiyasi zamanın gəlməsini gözləməsi ilə bağlıdır. Yəni bütün hallarda Ermənistan regionda indiki status-kvonu əyişmək istəyir.

Ermənistanı əsas silahlandıran Qərbin timsalında Fransadır. Amma paraleldə Rusiyanən özü də sakit durmur. Xüsusilə də, şərti dövlət sərhəddində təxribatlar baş verərsə, müharibənin olması qaçınılmaz olacaq. Yəni bildiyimiz kimi, Ermənistan ordusunda 5-ci kalon qüvvələri var. Onlar da sülhün əldə edilməsini istəmirlər.

Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi davam etsə də, Rusiyanın bir gözü hər zaman Cənubi Qafqazdadır. Ermənistan və Azərbaycan kimi barışmaz rəqinlərin sülhdə bu qədər irəliləməsi ən azı Fransa qədər regionda marağı olan Rusiyanı da məmnun etmir”.

Nərminə UMUDLU Poliqon.info