Tramp Paris Olimpiadasının açılış mərasimini “biabırçılıq” adlandırıb

Eks-prezident Olimpiadasının açılış mərasiminin “Son şam yeməyi” bölümünü tənqid edib...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Ağ Evin rəhbəri postuna qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı təqdim olunan “Son şam yeməyi”nin parodiyasını dəhşətli və biabırçı adlandırıb. Siyasətçi bu barədə fikirlərini Fox News telekanalına müsahibəsində bildirib.

“Mən çox açıq fikirli bir insanam, amma onların etdikləri biabırçılıqdır”, deyə Tramp bildirib.

Tramp əlavə edib ki, mənzərə “dəhşətli idi”.

Sabiq prezidentin sözlərinə görə, əgər prezidentliyi dövründə Oyunlar ABŞ-da keçirilsəydi, o, bütün dünya xristianlarının hissləri incidilməsinə imkan verməzdi.

Poliqon.info