MOK-un vitse-prezidenti: Hidayətin qələbəsi bütün Azərbaycanı sevindirdi

Hidayətin qələbəsi bütün Azərbaycanı sevindirdi...

"Report" un Fransanın paytaxtı Parisə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

MOK rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun uğuru çıxışına münasibət bildirib:

"Bu Azərbaycanın cüdo yarışlarında olimpiadalar tarixində üçüncü qızıl medalı idi. 1992-ci ildə Nazim Hüseynov, 16 il sonra Elnur Məmmədli və yenə də 16 ildən sonra Hidayət Heydərov tarixi uğura imza atdı. Hidayətin bütün görüşləri gərgin mübarizə şəraitində keçdi. Finalda yerli - Fransa idmançısına qarşı mübarizə aparmaq çox çətin idi. Bununla belə, idmançımız xarakter nümayiş etdirirək qızıl medala sahib çıxdı. Bu qələbə bütün Azərbaycanı sevindirdi. Final görüşündən sonra mənə çox saylı zənglər gəldi. Hamı məndən Hidayətə təbriklərini çatdırmağı xahiş edirdi. İnanırıq ki, digər idman növlərində də uğurlu çıxışlarımız davam edəcək".

Qeyd edək ki, H.Heydərov finalda fransalı Con Benjamin Qabanı ipponla üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Poliqon.info