Qatarla yük maşını toqquşdu - 9 vaqon relsdən çıxıb - Foto

Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində qatarın 9 vaqonu relsdən çıxıb...

APA TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Volqoqrad vilayətində qəza nəticəsində Kazan-Adler sərnişin qatarının 9 vaqonu relsdən çıxıb, bəziləri aşıb.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxıb və qatarla toqquşub.

"Kamaz" markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkətdə olan qatarın qarşısından dəmir yolu keçidinə çıxıb.

İlkin məlumata görə hadisə nəticəsində 55 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

##galery##

Poliqon.info