Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb
Bu barədə Poliqon Maliyyə Mazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 49,1 faizinin 5 ilədək, 44,7 faizinin 5-10 il ərzində, 6,2 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
2025-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 53 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 faizi 1 illik, 72,6 faizi 2-3 illik, 7,9 faizi isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.
Poliqon.info