Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb...

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançıya qızıl mükafat təqdim olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, finalda Hidayətə məğlub olan fransalı Con Benjamin Qaban gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıb.

***

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Poliqon xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.

O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

***

Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakova ilə üz-üzə gələcək.

Dörddəbir finalda italiyalı cüdoçu Manuel Lombardonu məğlub edən Akil Qyakova Hidayət Heydərovun yarımfinal mərhələsindəki rəqibi olub.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

***

Cüdoçumuz Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında dörddəbir final mərhələsində kanadalı cüdoçu Arthur Marqelidonla üz-üzə gəlib.

73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidonu məğlub edib.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

Poliqon.info