UEFA Konfrans Liqası: "Sabah" -"Makkabi" matçına 3000 bilet satılıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb...

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutlduğunu bildirib.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək. Macarıstanda baş tutan ilk oyunda Bakı klubu 3:0 hesablı qələbə qazanıb.

Poliqon.info