Paris-2024: Hidayət Heydərov qələbə qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb...

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib. O, bu raundda Artur Margelidona (Kanada) ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

##galery##

Poliqon.info