Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

YAP-ın namizədi olan Kəmaləddin Qafarovun seçicilərin böyük etirazı ilə qarşılandığını bildirmişdik...

Bir neçə gün öncə 9 saylı Binəqədi II seçki dairəsində  Belə ki, deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb və bu səbəbdən monopolist deputatın imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub. Düzdür, Kamaləddin Qafarov inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib, amma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər.

Seçicilərin AzToday.az-a bildirdiyinə görə, yenidən eyni dairədən deputatlıq eşqinə düşən K.Qafarovun seçiçilər arasında nüfuzu yoxdur və əksər seçicilərin isə K.Qafarov adlı deputatın varlığından xəbəri belə yoxdur. Aşağıdakı video-sorğu da deyilənləri təsdiq edir.

Poliqon.info