İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var

İsrailə məxsus pilotuz uçuş aparatı (PUA) Livanın cənubundakı Şaqra şəhəri yaxınlığına zərbələr endirib, ölənlər və yaralananlar var...

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Livanın xilasetmə xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində iki nəfər ölüb, biri uşaq olmaqla üç nəfər yaralanıb.

Qeyd edək ki, bu, şənbə günü "Hizbullah"ın Colan təpələrində 12 uşağın ölümünə səbəb olan raket hücumundan sonra İsrailin Livana ilk ölümcül zərbəsidir.

Poıiqon.info

 

 

Zümrüd Paşkin