Ledi Qaqa nişanlanıb

Ledi Qaqa çoxdankı sevgilisi, texnoloji sahibkar Maykl Polanski ilə nişanlanıb.

Poliqon xəbər verir ki, 38 yaşlı pop ulduz Fransanın baş naziri Qabriel Attal tərəfindən yayımlanan TikTok videosunda 46 yaşlı iş adamını “nişanlım” adlandırıb.

Cütlük hazırda müğənninin Olimpiadanın açılış mərasimində çıxış etdiyi Parisdədir.

Qeyd edək ki, bu ayın əvvəlində müğənni Las-Veqasdakı son çıxışlarından birini Polanskiyə həsr edib və onu “mənim ağam” adlandırıb.

Poliqon.info