Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Ölkədəki bütün siyasətçilər arasında Gürcüstan vətəndaşları yalnız indiki prezident Salome Zurabişviliyə və onun sələfi Giorgi Marqvelaşviliyə mənfi deyil, müsbət münasibət bəsləyirlər...

Poliqon xəbər verir ki, bunu Gürcüstanın “Formula” telekanalının sifarişi ilə “Edison Research” şirkətinin keçirdiyi sosioloji sorğunun məlumatları sübut edir.

İyulun 11-dən iyulun 24-dək ölkə üzrə min Gürcüstan vətəndaşı arasında aparılan sorğuya görə, respondentlərin 63%-i Zurabişvili və Marqvelaşvili bəyənib. Reytinqdə sonrakı yerləri 48% müsbət qiymətləndirən keçmiş ictimai müdafiəçi Nino Lomjaria və respondentlərin 41%-nin bəyəndiyi müxalif Vahid Milli Hərəkat Partiyasının rəhbəri Tinatin Bokuçava tutur. Respondentlərin 38%-nin eks-prezident Mixail Saakaşviliyə münasibəti müsbətdir.

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələri arasında reytinqdə ən yüksək pillədə “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili və Tbilisinin meri Kaxa Kaladzedir. Onların sahib olduqları dəstək 40% olub. Respondentlərin 37%-i, hakim partiyanın qurucusu Bidzina İvanişvili 36%-i və baş nazir İrakli Kobaxidzeni dəstəkləyib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Poliqon.info