“Vaqner” Malidə muzdlu əsgərlərinin ölümünü təsdiqləyib

Özəl hərbi şirkət həlak olanların dəqiq sayını açıqlamayıb...

Poliqon xəbər verir ki, “Vaqner” ÖHŞ-nin PMC-nin rəsmi telegram kanalı Malidə Tuareg üsyançıları ilə döyüşlərdə bir neçə döyüşçünün həlak olduğunu bildirib. Lakin “Razqruzka Baqnera” teleqram kanalı həlak olanların dəqiq sayı açıqlamayıb. Dünən yayılan məlumatlarda və video görüntülərdə isə 80-dən çox “Vaqner” muzdlu əsgərinin öldürüldüyü və əsir götürüldüyü bildirilib.

Qeyd edək ki, dünən, iyulun 28-də Malinin şimalında silahlı qrupların koalisiyası bildirib ki, Əlcəzairlə sərhəd yaxınlığında Tuareg üsyançıları onlarla hökumət hərbçisini və Vaqner ÖHŞ-nin 80-dən artıq rus muzdlularını öldürüblər. Həmçinin əsir götürülən muzdluların Ukraynaya göndəriləcəyi ilə bağlı məlumat da yayılıb.

Poliqon.info