Mask Harrisi bəşəriyyəti və insanlığı məhv etməyə çalışmaqda ittiham edib

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin müdafiə etdiyi fəlsəfə bəşəriyyətin məhv edilməsini nəzərdə tutur...

Poliqon xəbər verir ki, bu barədə amerikalı sahibkar, multimilyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

İş adamı Harrisin ötən ilin sentyabrında Pensilvaniya ştatında keçirilən tədbir zamanı açıqlamasını şərh edib. Vitse-prezident çıxışında gənc ABŞ vətəndaşlarının iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarından danışıb. Harris qeyd edib ki, bu qlobal problem gənclərdə ailə qurmaq və uşaq böyütmək imkanlarına şübhə yaradır.

Öz növbəsində Mask Harrisi insanlığı məhv etmək niyyətində ittiham edib. Onun fikrincə, ABŞ-ın vitse-prezidentinin ideologiyasının təbii davamı bütün bəşəriyyətin faktiki holokostu olacaq.

Bu arada, Vaşinqtondakı Amerika Universitetinin professoru Allan Lixtman noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisin qalib gələcəyini proqnozlaşdırıb.

"Harris qalib gələcək", deyə professor X sosial şəbəkəsində yazıb.

Qalibi müəyyən etmək üçün Lixtman 1981-ci ildə riyaziyyatçı Vladimir Keylis-Borok ilə birlikdə hazırladığı 13 açar sistemindən istifadə edib. Onun mahiyyəti yalnız "bəli" və ya "yox" cavabı verilə bilən 13 sualdan ibarətdir. Sistem xarizma, qalmaqalların mövcudluğu, uğur və uğursuzluqlar, ölkədəki iqtisadi vəziyyət və s. kimi kriteriyaları nəzərə alır.

Dörd il əvvəl professor demokrat namizəd Co Baydenin 2017-ci ildə isə respublikaçı Donald Trampın prezident olacağını proqnozlaşdırmışdı.

Poliqon.info