Müxalifət Maduronun qələbəsini tanımayıb

Venesuela müxalifəti Maduronun prezident seçkilərindəki qələbəsini tanımır...

Venesuela müxalifəti seçkilərdə sağçı namizəd Edmundo Qonzalesin qalib gəldiyinə inanır.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Venesueladakı müxalifət nümayəndələrindən biri Korina Maçado deyib.

“Biz bütün venesuelalılara və dünyaya demək istəyirik ki, Venesuelanın yeni seçilmiş prezidenti var və bu Edmundo Qonzalesdir”, deyə müxalifət nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, artıq Argentina Maduronun seçkilərdəki qələbəsini tanımadığını elan edib. Prezident Xavyer Mileyin sözlərinə görə, məlumatlar müxalifətin əzici qələbəsini göstərir. Argentina prezidenti bununla bağlı əlavə edib ki, ölkəsi Venesuelada “daha bir saxtakarlığı tanımır”.

Qeyd edək ki, Venesuelada qalib gəlmək üçün namizədlər sadə səs çoxluğunu qazanmalıdırlar. Xalqın seçdiyi siyasətçi 2025-ci il yanvarın 10-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Venesuelanın ən yüksək dövlət vəzifəsi uğrunda ümumilikdə on nəfər mübarizə aparıb. Əsas mübarizə hazırkı dövlət başçısı Nikolas Maduro və sağçı partiyaların namizədi Edmundo Qonzales olub.

Poliqon.info