Putin anti-Qərb koalisiyası yaratmağa çalışır - Hansı ölkələrlə danışdıqlar gedir?..

Rusiya lideri Vladimir Putin Donanma Günü qeyd etmələrindən istifadə edərək bir sıra Asiya və Yaxın Şərq ölkələrindən anti-Qərb koalisiyasını yaratmağa cəhd edib...

Poliqon xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Sankt-Peterburqda keçirilən paradda Çin, Əlcəzair və Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri iştirak edib. Eyni zamanda, 31 ölkənin, o cümlədən Azərbaycan, Venesuela, Vyetnam, Kuba, Liviya, Myanma, Suriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika dövlətlərinin nümayəndələri qatılıb.

Analitiklər diqqəti Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fominin Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Hu Çjonqmin ilə görüşünə və onunla ölkələr arasında dəniz sahəsində əməkdaşlığı müzakirə etməsini çəkib.

Bundan əlavə, o, Myanma Hərbi Dəniz Qüvvələrinin komandanı Vin Htein ilə də analoji görüş keçirib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənlə görüşüb və Rusiya-Malayziya diplomatik əlaqələrinin genişləndirilməsi barədə razılığa gəlib.

"Rusiya son vaxtlar Venesuela, Kuba, Hindistan və Vyetnam da daxil olmaqla, bu dövlətlərin bir sırası ilə əməkdaşlığı intensivləşdirib", deyə ekspertlər əlavə edirlər.

Poliqon.info