Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Türkiyə Fələstin rəhbərini ölkə parlamentində çıxış etməyə dəvət edib...

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Fələstinin Ankaradakı səfiri Faed Mustafa WAFA Agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Fələstin səfiri iki qardaş ölkə və xalq arasında əlaqələrin dərinliyini qeyd edib və Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri İsrael Katz demişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə müdaxilə edəcəyi təqdirdə İraq lideri Səddam Hüseynin taleyini təkrarlaya bilər.

İyulun 28-də Ərdoğan İsrailə qoşun yeridəcəyi ilə hədələyib.

Poliqon.info