Venesuela prezident seçkilərinə kənardan müdaxilə edildiyini iddia edir

Venesuela hakimiyyəti bir sıra ölkələrin prezident seçkilərinə müdaxilə etdiyini açıqlayıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

“Venesuela seçki prosesinə xarici müdaxilə əməliyyatının olduğunu elan edir və xəbərdarlıq edir”, deyə hökumətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ölkədə keçirilən seçki prosesinə iddia edilən müdaxilə bir qrup hökumət və xarici qüvvələr tərəfindən baş verib. Hansı xarici ölkələrdən söhbət getdiyi dəqiqləşdirilmir.

Qeyd edək ki, artıq Argentina prezidenti Xavyer Miley ölkəsinin hazırkı prezident Nikolas Maduronun qalib gəldiyi Venesuelada keçirilən seçkilərin nəticələrini tanımadığını bildirib.

Poliqon.info