Polşa Macarıstana Aİ və NATO-dan çıxmağı təklif edib

Polşa xarici işlər nazirinin müavini Bartoşevski Macarıstanın Avropa Birliyi və NATO-dan çıxmasını təklif edib...

Poliqon xəbər verir ki, bu barədə “Polska Agencja Prasowa” nəşri yazır.

“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə bu qədər sevmədiyi və ona pis münasibət bəslədiyi təşkilatların üzvü olaraq qalmaq istəyir. Bu, əlbəttə ki, Macarıstanın anti-Avropa, anti-Ukrayna, anti-Polşa siyasətidir”, deyə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.

Qeyd edilir ki, Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Aİ ölkələrini Ukraynada başladıqları hərbi avantüranın cəzası ilə hədələyən Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə Bartoşevski məhz belə cavab verib.

Poliqon.info