İsrailin şimalında hava hücumu sirenləri səslənib

İsrailin şimalında hava hücumu sirenlərinin səsi eşedilib, lakin partlayışlar barədə heç bir məlumat verilməyib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalında məlumat yayılıb.

Xatırladaq ki, şənbə günü İsrail təcili yardımının mətbuat xidməti Colan təpələrinə endirilən zərbədən 12 nəfərin öldüyünü bildirib. İsrail hücuma görə məsuliyyəti Livanın şiə hərəkatı “Hizbullah”ın üzərinə qoyub.

Baş nazir Benyamin Netanyahu İsrailin Qolan təpələrinə edilən hücuma cavab verəcəyini deyib və əlavə edib ki, Hizbullah etdiklərinə görə “ən yüksək qiyməti” ödəyəcək.

Xatırladaq ki, “Hizbullah” Colan təpələrindəki Məcdəl Şəms kəndinin atəşə tutulmasında iştirakını inkar edib.

Poliqon.info