Slovakiya Olimpiadanın bağlanış mərasimində iştirakdan imtina edib

Slovakiya baş nazirinin müavini Tomaş Taraba açılış mərasiminin təşkili ilə əlaqədar Parisdə keçiriləcək Olimpiadaya getməkdən imtina edib...

Poliqon xəbər verir ki, Tomaş Taraba bu barədə Facebook sosial şəbəkəsində yazıb. Qeyd edək ki, Taraba oyunların bağlanış mərasimində ölkəni təmsil etməli idi. Yayımkladığəı mətndə baş nazirin müavini açılış mərasimini LGBT ideologiyasının təqdimatı və xristianlığın simvollarını təhqir etməsi səbəbindən “iyrənc” adlandırıb.

“Normal bir dünya üçün bu Olimpiada həmişə idmanın gözəlliyindən sui-istifadə edən və onu mütərəqqi siyasi teatra çevirən pozulmuş tənəzzülün iyrənc simvolu olaraq qalacaq. Ona görə də bağlanış mərasimində iştirak etməmək qərarına gəldim”, deyə Tomaş Taraba yazıb.

Xatırladaq ki, iyulun 26-da keçirilən Olimpiadanın açılış mərasimi İsa Məsih və onun şagirdlərinin yerinə saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin olduğu “Son şam yeməyi”nin parodiyasına görə tənqid edilib. İyulun 28-də Paris Olimpiadasının təşkilat komitəsinin nümayəndəsi Anna Decam, strukturun Oyunların açılış mərasiminin fraqmentlərindən "incimiş" hər kəsdən üzr istədiyini açıqlayıb.

Poliqon.info