Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb...

Milli Hidrometeorologiya Xidmətindən Poliqon-a verilən xəbərə görə, iyulun 29-da arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Poliqon.info