“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyi layihəsinin icrasını davam etdirir

İctimai birlik Qeyry Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyindən aldığı həmin layihəninin icrasını ardıcıllıqla davam etdirir...

Poliqon xəbər verir ki, “Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyinin “Neftçalanın neft-mədən ərazilərinə yaxın yaşayış yerlərində ekoloji vəziyyətin yaxşılaşdırılması” layihəsinin icrasına başlaması baradə KİV-lərdə məlumatlar verilib.

Tədbirlər planına uyğun olaraq mədənətrafı kənd və qəsəbə sakinlərinin bir qrupu üçün hazırda maarifləndirmə tədbirləri həyata keçirilir.Təlim iştirakçıları üçün “Şirkətlərin korporativ sosial məsuliyyəti”,”Monitorinqlərin keçirilməsi, forma və üsulları” mövzularında təlimlər artıq başa çatmışdır.QHT iştirakçılar üçün daha bir neçə təlim təşkil edəcək.

Təlimlərin sonunda iştirkçılar arasından monitorinq qrupu formalaşdırılacaq, monitorinqin plan-proqramı hazırlanacaq.

Ictimai birlik Neftçalanın mədənətrafı kənd və qəsəbələrində texnogen ekoloji təsirlərin azaldılması üçün əhalinin fəallığının yüksəldilməsinə də xüsusi önəm verir.

Poliqon.info