Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək...

Artıq seçkinin ən aktiv fazasına qədəm qoyuruq. Bir müddət öncə isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlamışdı. Daha sonra hakim partiya bir neçə dairə üzrə namizədlərini dəyişmişdi.

Son iki cağırışdır ki, öz millət vəkillərini tapa bilməyən Beyləqanlıların bəxti yenə gətirməyib. Bu dəfə də hakim partiya Şahin İsmayılovun namizədliyini 83 saylı Beyləqan seçki dairəsindən irəli sürdü. Beyləqan ən həssas əhali qruplarının olduğu rayonlardan biridir. Yüzlərlə şəhidin, qazinin olduğu bir rayonun millət vəkili hər gün bu həssas insanları ziyarət etməlidir. Amma Şahin İsmayılov parlamentdə olduğu iki cağırışda bu rayonun yolunu tutmayıb. Bunun da səbəbi var. Çünki millət vəkilinin seçiciləri rayondan qovublar. Bəli düz ba.şa düşdünüz. Seçicilər millət vəkilini aldatdığı üçün onu rayondan qovublar.

Aşağıdakı videoda bunu izləyə bilərsiniz.

Poliqon.info