“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində keçirilib...

Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları, Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.İməcilik çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun kənarlarında alaq otları biçilib, təmizlik işləri aparılıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb. Payız aylarında əkiləcək ağacların yerləri müəyyənləşdirilərək ətrafında təmizlik işləri görülüb, səliqə-səhman yaradılıb.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

##galery##

Poliqon.info