“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

Türkiyənin “Baykar Makina” şirkətinin “Bayraktar” pilotsuz uçan aparat istehsal edən zavodu Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq...

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Biz “Baykar Makina” ilə müxtəlif səviyyələrdə, o cümlədən zavodun yaradılmasında işləyirik”, - V.Bodnar deyib.

Səfir təhlükəsizlik baxımından zavod haqqında ətraflı məlumat verməkdən imtina edib, lakin bununla bağlı irəliləyişin olduğunu qeyd edib.

O, Ukraynanın Turkish Aerospace Industries (TAI) şirkəti ilə də əməkdaşlıq etdiyini xatırladıb.

Daha əvvəl “Baykar”ın baş direktoru Haluk Bayraktar Ukraynadakı zavodun 2025-ci ildə açılacağını bildirmişdi. Planlaşdırılan investisiyaların həcmi 95,5 milyon ABŞ dollarıdır.

“Baykar” Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üçün zavodun tikintisinə 2023-cü ilin iyul ayında başlayıb. Hər il 100-dən çox PUA-nın istehsalı planlaşdırılırdı.

Poliqon.info