Paytaxtın Babək prospektində qəza: Xəsarət alanlar var

Paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib...

Oxu.Az xəbər verir ki, qəza zamanı idarəetmədən çıxan yük avtomobili işıq dirəyini aşırıb.

Nəticədə, yolda tıxac yaranıb.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Polis İdarəsinin (BŞDPİ) inspektoru polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza nəticəsində xəsarət alanlar var.

Hazırda fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

Həmin görüntüləri təqdim edirik:

Poliqon.info