Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub - Foto

İki gündür aramsız yağan yağışlar fəsadlar yaratmağa davam edir...

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün də davam edən yağışlar yenə fəsadlarla nəticələnib.

Belə ki, Qəbələnin Uludaş kəndinə Durca çayının daşması nəticəsində ciddi ziyan dəyib. Anidən çayda suyun səviyyəsinin qalxması Uludaş kəndində həyətyanı sahələrdə və bağlarda eləcə də yollarda tamamilə lil qatı ilə örtüklərək sıradan çıxmasına səbəb olub.

Sel nəticəsində kənddə 80-ə yaxın səxsi təsərrüfata ziyan dəydiyi sakinlər tərəfindən bildirilib. Onu da qeyd edək ki, kənddə ümimilikdə 2000-ə yaxın təsərrüfat mövcuddur.

Gətirdiyi vəhşi heyvanların qalıqlarının olması da selin şiddətini əks etdirir.

Poliqon.info