Çin ABŞ-da dostluq təklif edib, Tayvanla bağlı şərt qoyub

Çinin Vaşinqtondakı səfiri Xi Fenq bildirib ki, Pekin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətində deyil və buna cavab olaraq, Tayvan məsələsi ilə bağlı oxşar yanaşma gözləyir...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Çin tərəfi Vaşinqtonun dostu və tərəfdaşı olmaq istəyir, Pekin ABŞ-a qarşı oyun oynamır, həmçinin Amerikanın daxili işlərinə, o cümlədən prezident seçkilərinə qarışmaq niyyətində deyil.

Pekin Tayvanı separatçı əyalət hesab edir və lazım gələrsə, zorla ölkəyə birləşdirəcəyini deyir. Vaşinqton isə Tayvanı müstəqil dövlət kimi tanımır, amma Çinin adanı güc yolu ilə qaytarmaq təhdidlərinə qarşı çıxır və Tayvana hərbi dəstək verir.

Bundan əvvəl Çinin ABŞ-la silahlara nəzarət sahəsində məsləhətləşmələri Tayvana görə dayandırdığı bildirilirdi. Pekin mövcud vəziyyətə görə məsuliyyəti Taybeyə silah satmaqda davam edən Vaşinqtonun üzərinə qoyub.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Hazırkı prezidenti Co Bayden seçki yarışından çəkilib. Mübarizə vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp arasında gedəcək.

Poliqon.info