Oropuçe qızdırmasının il qurbanı braziliyalı qadın olub

Oropuçe qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub.

Poliqion "RİA Novosti" Agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Bahia əyalətinin daxili bölgələrindən olan, 30 yaşdan aşağı, səhhətində ciddi problem olmayan, lakin şiddətli danq qızdırmasına bənzər əlamət və simptomları olan qadın vəfat edib", deyə Braziliya Səhiyyə Nazirliyi bildirib.

Oropuçe qızdırması ilk dəfə Trinidad və Tobaqo Respublikasında müəyyən edilib. Bununla belə, 1960-cı ildə Braziliyada infeksiya xəbərləri ortaya çıxıb və indiyədək 7,2 mindən çox qızdırma halı qeydə alınıb. Ən çox hal Amazonas və Rondoniya ştatlarında qeydə alınıb.

Oropuçe qızdırması yoluxmuş ağcaqanadlar tərəfindən ötürülən viral infeksiyadır. Xəstəliyin simptomları: əzələ ağrısı, oynaqların sərtliyi, baş ağrısı, qusma. Xəstəlik adətən ağırlaşmalar olmadan inkişaf edir, lakin ağır hallarda xəstənin həyatı üçün təhlükə yaradan ağırlaşmalar baş verə bilər.

Poliqon.info