Ağdamda fermadan evlənmək üçün qaçan 16 yaşlı qız tapıldı

Ağdamda yaşadığı fermadan evlənmək məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb...

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə evlənmək məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.

Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə evlənmək məqsədi ilə onunla qaçmışdı.

Poliqon.info