“Sinaloa” narkokartelinin lideri və “El Çapo”nun oğlu Texasda həbs edilib

Dünyanın ən məşhur narkobaronlarından biri, Meksikanın “Sinaloa” kartelinin lideri İsmael Sambada (El Mayo) Texas ştatının El Paso şəhərində həbs edilib...

Poliqon xəbər verir ki, 76 yaşlı Sambada karteli hazırda ABŞ həbsxanasında olan Xoakin Quzmanla (El Çapo) birlikdə qurub.

Həmçinin ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Quzmanın oğlu Xoakin Qusman Lopes Sambada ilə birlikdə həbs edilib.

Amerika mediası xəbər verir ki, saxlanılanların hər ikisi Texasdakı özəl hava limanlarından birində saxlanılıb.

ABŞ-ın baş prokuroru Merrik Qarland Sambada və Lopesin “dünyanın ən qəddar və güclü narkotik kartellərindən birinə” rəhbərlik etdiyini qeyd edib.

Sambada onilliklər ərzində ABŞ səlahiyyətlilərindən qaçıb, lakin görünür, təkbaşına Texasa uçub. Onun saxlanılmasının təfərrüatları məlum deyil.

Poliqon.info