Mask Netanyahu ilə görüşüb

Milyarder İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb...

Amerikalı iş adamı və milyarder İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Netanyahu özünün X sosial şəbəkə hesabında məlumat verib.

“Dünən Konqresdə çıxış etdikdən sonra Vaşinqtonda İlon Maskla görüşdüm. Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini müzakirə etdik, İsraillə texnoloji əməkdaşlıq yollarını müzakirə etdik”, deyə Netanyahu yazıb.

Qeyd edək ki. görüşdən əvvəl amerikalı sahibkar İlon Mask ABŞ Demokratik Partiyasının açıq şəkildə antisemitist olduğunu bildirib.

Mask öz fikrini konqresmen Alexandria Ocasio-Cortezin şərhinə cavab olaraq bildirib. Mask qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu “çoxlarını itirib” və buna görə də Konqres üzvlərinin yalnız bir hissəsi onun çıxışında iştirak edib.

Qeyd edək ki, Vaşinqtona səfərindən öncə Netanyahu Qərbi vicdanını itirməkdə günahlandırıb.

Poliqon.info