Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ermənistan təkcə Fransadan deyil, Hindistanla 600 milyon dollarlıq silahlar alınmasi istiqamətində müqavilə imzalanıb..

Politoloq: “Ermənistanın hücum silahları alması, milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib”.

“Nikol Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur. Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa, Rusiya yaxın qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlərin kəskinləşməsi mümkündür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın silahlanmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Fransadan Ermənistana silah tədarük edilir. Təkcə silahlar, deyil hərbi təlimatçılar bu silahların tətbiqi, şəxsi heyətin təlimləri, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş aparmaq təlimləri keçirilir. Ermənistan təkcə Fransadan deyil, Hindistanla 600 milyon dollarlıq silahlar alınmasi istiqamətində müqavilə imzalanıb. Son məlumata görə isə İrəvan İrandan da yarım milyard dollarlıq silah alacaq.

Ermənistanın xaricdən silahlar almasını davam etdirməsi, real sülh danışıqlarından imtina etməsi ilə nəticələnə bilərmi?

Ermənistanın silahlanmasının sülhə yaratdığı təhlükə ilə bağlı Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik institutun rəhbəri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Ermənistanın silahlanmasının qarşısını almaq üçün Zəngəzuru tam götürüb təhlükəsizlik zolağı yaratmağa ehtiyac ola bilər”.

Azərbaycanın Ermənistana ciddi təzyiqlər etməli olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, Türkiyənin də regionda fəal siyasət yeritməsinə ehtiyac var:

“Ermənistanın hücum silahları alması, milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib. Amma Azərbaycan da Ermənistanın silahlanmasını gözləməməlidir. Çünki Ermənistan rəhbərliyi bir tərəfdən sülh deyir, bir tərəfdən silahlanır.

Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalidır. İki il ərzində Ermənistan silahlanıb, bu vaxta kimi sülh müqaviləsi bağlanmasa, Yerevan tərəfindən sülh danışıqları dayandırılacaq.

Qeyd edim ki, Nikol Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur. Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa, Rusiya yaxın qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlər kəskinləşməsi mümkündür. Ona görə də, Azərbaycan Ermənistana ciddi təzyiqlər etməlidir. Türkiyənin də burada fəal siyasət yeritməsina ehtiyac var.

Ermənistanın silahlanmasının qarşısını almaq, Zəngəzuru tam götürüb təhlükəsizlik zolaq yaratmağa ehtiyac ola bilər. Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb deyilir, amma ortada hər hansı bir saziş yoxdur. Həmçinin, Ermənistanla ikitərəfli danışıqlar prosesinə fasilə verilib”.

Nərminə UMUDLU Poliqon.info