Paris Olimpiadası içməli su qıtlığı ilə üzləşib

Paris Olimpiadası iki problemlə, içməli su və nəqliyyat çatışmazlığı ilə üzləşib...

Parisdə keçirilən Olimpiya Oyunlarının qonaqları içməli su və nəqliyyat çatışmazlığı ilə üzləşiblər.

Poliqon xəbər verir ki, bu barədə İranın İRNA Agentliyinin jurnalisti Səid Cavad Bəşiri məlumat verib.

Nəqliyyat problemi Fransaya gələnlərin ilk qarşılaşdığı problemdir. Çünki Parisdə xüsusi hava limanı transferləri və metro stansiyalarında eskalatorlar yoxdur.

“Fransa indiyə qədər yarışda iştirak etmək istəyənləri qarşılamaq üçün çoxlu pul xərclədiyini israr edir. Lakin media nümayəndələri və qonaqların hətta içməli su ilə bağlı problemləri var”, deyə Bəşiri bildirib.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Poliqon.info