İlon Maska kosmik raketlərin buraxılışı qadağan edilib

“SpaceX” ABŞ hakimiyyətinə “Falcon 9” raket qəzası ilə bağlı hesabat təqdim edib...

Sahibkar İlon Maskın Amerikanın “SpaceX” şirkəti ölkənin Federal Aviasiya İdarəsinə (FAA) “Falcon 9” raketinin qəzası ilə bağlı hesabat təqdim edib, bundan sonra agentlik bu raketlərin buraxılışını dayandırmaq qərarına gəlib.

Poliqon xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsi sosial şəbəkədə məlumat yayıb.

““SpaceX” komandası “Falcon 9”un səhv buraxılması ilə bağlı hesabatını FAA-ya təqdim edib. Bu hesabata ehtimal olunan səbəb və düzəldici tədbirlər daxildir”, deyə Agentlik bildirib.

Qeyd edək ki, iyulun 11-də “SpaceX”in “Falcon-9” daşıyıcı aparatı texniki nasazlıq səbəbindən “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxara bilməyib. Mövcud vəziyyətə baxmayaraq, “SpaceX” 20 peykdən beşi ilə əlaqə qura bilib.

İyulun 13-də ABŞ Federal Aviasiya İdarəsi qəzadan sonra “SpaceX”ə “Falcon 9” raketlərinin buraxılmasını qadağan edib.

Eyni zamanda, FAA qəzaya görə bu modelin yük raketlərinin uçuşlarının müvəqqəti dayandırılmasına qərar verib.

Poliqon.info